Hillari Klintondan şok tələb: Səslər yenidən sayılmalıdır!

 
ABŞ-da prezident seçkilərində məğlub olan Demokratların namizədi Hillari Klintonun seçki komandası başda Visconsin olmaqla bəzi əyalətlərdə səslərin yenidən sayılması üçün bu gündən etibarən lazımlı addımları atacaqlarını açıqlayıb.
Turaninfo.az-ın "Hürriyet"ə istinadən xəbərinə görə, 8 noyabr prezident seçkilərində Respublikaçı rəqibi Donald Trumpa uduzan Klintonun tərəfdarları bəzi əyalətlərdəki seçkinin nəticələriylə əlaqədar yazılı açıqlama yayıb. Açıqlamada Klinton çox az səs fərqi ilə uduzduğu ştatlarda səslərin yenidən sayılmasını tələb edir.
 
Bundan öncə isə prezident seçkilərinə qatılan Yaşıllar Partiyasının namizədi Jill Stein Trumpın qələbə qazandığı Visconsin əyalətindəki səslərin "kiber hücum" səbəbiylə yenidən sayılması üçün müraciət etmişdi.
 
Ancaq Klintonun komandası Visconsində bu ana qədərki araşdırmalarda hər hansı bir kiber hücum izinə rast gəlmədiyini da bildirib.
 
Visconsində seçkiləri qazanan Trump 1 milyon 409 min, Klinton isə təxminən 28 min fərqlə 1 milyon 381 min 823 səs alıb.