Hillari Klinton ifadə verdi

ABŞ-ın Demokratlar Partiyasının prezidentliyə namizədi Hillari Klinton Federal Tədqiqatlar Bürosuna (FBI) ifadə verib.
 Teleqraf.com xəbər verir ki, Klinton 2009-2013-cü illərdə xarici işlər naziri olduğu dönəmdə rəsmi yazışmalarda şəxsi elektron hesabından istifadə etdiyi üçün sorğu-suala tutulur. Faktla bağlı 2015-ci ildən bəri araşdırma apaılır.
 Dindirmə 3.5 saat davam edib. O, FBI-ya könüllü gedərək ifadə verib.
Klintonun 55 min səhifəlik yazışmasında 150 səhifəlik yazı məxfi xarakter daşıyıb. Yazışmaların bəzisi mətbuatda dərc edilib.