Hikmət Hacıyev: ”Ermənistan rəhbərliyi regionda sülh və sabitliyə mane olur”

«Azərbaycan həmişə münaqişənin həlli prosesində hərtərəfli razılaşma ilə nətilənəcək substantiv danışıqların tərəfdarı olub”.
Bu barədə ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlikin açıqlaması ilə əlaqədar APA-nın sorğusuna cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
“Təəssüflər olsun ki, son illər ərzində Ermənistan substantiv danışıqlardan yayınıb, vəziyyətin gərginləşməsinə xidmət edən təxribatçı əməllərini davam etdirib və hər vəchlə status-kvonun saxlanmasına çalışıb. Bu gün hamı çox yaxşı başa düşür ki, məhz Ermənistanın rəhbərliyi regionda sülh, sabitlik və çiçəklənmənin təmin olmasına mane olur”-, deyə H.Hacıyev bildirib.