​Hicaba qadağa qoymuş məktəb direktoru İFLİC OLDU - FOTO

Məktəb rəhbəri dərs ilinin ilk günündə iş otağından xəstəxanaya aparıldı...
 
 
Müəllimə və qız şagirdlərin hicab geyinməsinə qarşı çox fəal şəkildə çıxış edən, ötən dərs ilində hicaba qadağa qoyulması haqda əmr imzalamış məktəb rəhbəri  yeni dərs ilinin ilk günündə birbaşa iş otağından xəstəxanaya aparıldı.
 
Moderator.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, olay Mordoviya Respublikasının Belozerye kəndində baş verib.  Respublikada hicabla bağlı vəziyyəti işıqlandıran bloqer Rasul Tavdiryakovun yaydığı xəbərdə deyilir ki, illərlə məktəbə baş örtüyü ilə gələn müəllimə və qız şagirdləri acılayan direktor Vera Lipatova insult keçirib.
 
 
 
Müsəlman tatarların kompakt yaşadığı Belozerye kəndinin orta məktəbində hicabla bağlı qalmaqal 2016-cı ilin dekabrında başlayıb. Həmin vaxt məktəbə yenicə direktor təyin olunmuş Vera Lipatova  qadın və qızlara müəssisə ərazisinə  hicabla daxil olmağı qadağan edən əmr imzalayıb. Mordoviya təhsil nazirinin müavini Qalina Yavkina  Belozerye kənd məktəbi müəllimlərinin Yeni il qabağı  yığıncağında çıxış edərkən baş örtüyünə qadağanı belə izah etmişdi:”Artıq nə kəndin icra nümayəndəsi, nə də  məktəb direktoru hər  bir başı örtüklü pedaqoqa görə saatlarla başçı(Mordoviya rəhbəri nəzərdə tutulur-S.L.) qarşısında hesabat verməyə hazırlaşır...”
 
Bir qrup müəllimə müsəlmanların   inancına zidd olmasına və ayrı-seçkiliyə yol verməsinə görə məktəb direktorunun tələblərini yerinə yetirməkdən imtina edərək məhkəməyə üz tutublar. Pedaqoqlar onlara vurulmuş mənəvi ziyana görə direktorun hər birinə  5 min rubl ödəməsini tələb ediblər. Lakin məhkəmə şikayətçilərin bütün iddialarını rədd edib.
 
Sultan Laçın
 

Загрузка...
Загрузка...