​Heydər Əliyevin məşhur cangüdəni vəfat etdi

Baxış sayı: 
243

Bu gün səhər saatlarında Moskvada beyninə qan sızmasından "İnterfaks-Azərbaycan" İnformasiya Agentliyinin baş direktoru Aleksandr Alekseyeviç İvanov (Saşa) vəfat edib.
 
Sputnik Azərbaycan-ın məlumatına görə, İvanov 1950-ci il iyulun 12-də Bakıda anadan olub. Uzun illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsində işləyib, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin şəxsi mühafizəsinə rəhbərlik edib.
 
2005-ci ilin avqustunda "İnterfaks-Azərbaycan" İnformasiya agentliyinin baş direktoru təyin edilib.

Загрузка...
Загрузка...