Heydər Əliyev Mərkəzinin memarı dünyasını dəyişdi

Bakıdakı Heydər Əliyev Mərkəzinin memarı Zaha Hadid bu gün 65 yaşında dünyasını dəyişib.
Turaninfo.az  Publika.az-a istinadən   xəbər verir ki, dünya şöhrətli memar bronxitdən müalicə aldığı Mayami hospitalında ürək tutmasından vəfat edib.
 Xanım memar dünyaca məşhur bir sıra komplekslərin memarı olub. O cümlədən,  2012-ci ildə London Olimpiya Oyunlarının keçirildiyi binalardan biri olan London Su İdman Növləri Mərkəzinin və Bakıdakı Heydər Əliyev Mərkəzinin memarıdır.