Heydər Camalın oğlu Arakana yola düşdü - FOTO+VİDEO

Müsəlman jurnalistlər Myanmar olayları haqda gerçəkləri yazmağa çalışacaqlar...
 
 
Azərbaycan əsilli məşhur ilahiyyatçı-filosof, yazıçı və  politoloq, mərhum Heydər Camalın oğlu,  müstəqil jurnalist Orxan Camal tatarıstanlı tanınmış bloqer Rasul Tavdiryakovla birgə müsəlmanların soyqırıma məruz qaldığı Myanmara yollandı.
 
Moderator.az bu haqda Rusiya saytlarına istinadla xəbər verir.
 
Xəbərdə qeyd edilir ki, artıq ölkənin Arakan ştatından 800 mindən çox müsəlmanın didərgin düşməsinə rəğmən Myanmardan ziddiyyətli məlumatlar daxil olur. Hökumət mediası isbat etməyə çalışır ki, giya ölkədə heç bir müsəlman soyqırımı yoxdur, “güc strukturları, sadəcə, antiterror əməliyyatı aparırlar”...Bunları nəzərə alan rusiyalımüsəlmanjurnalistlər  münaqişə haqda gerçək faktları toplamaq, reportajlar yazmaq, faciəli olayların şahidləri  ilə söhbət etmək məqsədilə  həyatlarını təhlükəyə ataraq Arakana yetişməyi qərara alıblar.
 
Qeyd edək ki,  50 yaşlı Orxan Camal 2003-cü ildə Rusiya Müsəlman Jurnalistləri İttifaqının təşkilatçılarlndan biri olub. Elə həmin il “Travel”(səyahət) janrında dünyanın ən yaxşı jurnalisti adına layiq görülüb. O, dəfələrlə qaynar nöqtələrdə olub. 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsi zamanı “5 günlük müharibənin  xronikası” adlı kitab yazıb. 2011-ci ilin avqustunda Liviyada ayağından ciddi yara alıb

Загрузка...
Загрузка...