​Heydər Camal Almatıda dəfn olunacaq - YENİLƏNİB

 
Xəbər verdiyimiz kimi, azərbaycanlı politoloq Heydər Camal bu gün Moskvada vəfat edib.
 
Məlumatlara görə, o, sabah Qazaxıstanın  Almatı şəhərindəki "Kensay-2" qəbirstanlığında dəfn olunacaq.
 
Bu arada, Heydər Camalın ölüm səbəbi də bəlli olub. Bildirilib ki, o, onkoloji xəstəlikdən əziyyət çəkib və bir müddət öncə həkimə müraciət edib.
 
Saat 09:40
 
Rusiyada yaşayan azərbaycanlı politoloq Heydər Camal vəfat edib.
 
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya islam cəmiyyətinin fəalı, Rusiya İslam komitəsinin sədri Camal 70 yaşında Moskvada dünyasını dəyişib.

Загрузка...
Загрузка...