Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib

 
Kollegiyada Hesablama Palatasının 2016-cı il İş Planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram təsdiq edilib
Azərbaycan Hesablama Palatasının (AHP) növbəti kollegiya iclasında həyata keçirilmiş iki nəzarət tədbiri üzrə hesabatlar müzakirə olunub.
Bu barədə Turaninfo.az Palatanın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, nəzarət tədbirlərindən biri dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Cəlilabad rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, digəri isə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və Agentlik üzrə və büdcədənkənar daxilolmaların formalaşması və istifadəsinə dair yoxlamalarla bağlı olub.
İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiyada Hesablama Palatasının 2016-cı il İş Planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram təsdiq edilib.
Kollegiya iclasında həmçinin, aparılmış audit tədbirlərinin nəticələri üzrə qəbul edilmiş təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərar qəbul edilib.