Herisçidən mərhum Rafiq Tağı haqda ağır sözlər

 
Yadıma gəlir, hərdən Murad mənə zəng edib deyirdi, Həmid, indi burda səni söysəm, əlli manat qoyacaqlar cibimə. Deyirdim söy. Beş manat ver bir kasıba, qalanlarını gətir xərcləyək. Bir müddət belə davam elədi, xeyli qabağa düşdük. Yemək-içmək xərclərini AYO bax bu cür qazanardı
 
Politika.Az xəbər verir ki, bu sözləri yazıçı Həmid Herisçi Azad Yazarlar Ocağı və Rasim Qaraca haqda danışarkən teleqraf.com-a müsahibəsində deyib. Yazıçı hətta Rafiq Tağının da onu kiminsə sifarişi ilə tənqid etdiyini, fitvaya getdiyini iddia edib və mərhum yazıçı haqda ağır sözlər işlədib:
 
“O da fitvaya getmişdi. Buna görə də axırı çox pis oldu. AYO-nun başına kontrol atəşini şəxsən özüm vuracağam”.
 
Həmid Herisçi bir yazıçının başqa bir yazıçı, həm də qətlə yetirilmiş qələm yoldaşı haqda belə danışmasını bu cür izah etməyə çalışıb:
 
“Xainləri sevmirəm, heç vaxt bağışlamıram. Peyğəmbərə dönük çıxan şəxs dostlarına da xain çıxdı. Mən onu xain kimi tanıyıram. Xainin ölüsü-dirisi olmur, mənim üçün xaindir o”.

Загрузка...
Загрузка...