Hədəf Ərdoğan yox, Türkiyədir – NATO qalmaqalı

 
Türkiyənin məlum səbəbdən dolayı NATO təlimlərində iştirak edən hərbçilərini geri çağırması çox ciddi məqamdır.
 
Axar.az xəbər verir ki, bu sözləri Norveçdə keçirilən təlimlər zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Atatürkün rəsmi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adının yer almasına münasibət bildirən analitik Vüqar Zifəroğlu deyib. Analitik məsələyə daha fərqli bucaqdan yanaşıb:
 
“Avropanın yüksəlişi Osmanlının Vyana qapısına qədər irəliləməsindən sonra başladı. Avropalılar anladılar ki, üzərlərində dinin, əslində kilsənin hakimiyyəti son dərəcə güclüdür və bu, onların dünyəvi-sekulyar inkişafının qarşısını alır. Cənnət qəbzləri satan kilsə nə qədər ciddi qorxu və basqı elementləri yaratsa da, bununla qapılarına qədər gələn türklərin qarşısını ala bilməyəcək. Daxili intriqalar və kilsənin 18-ci əsrdən başlayaraq dövlət anlayışı ilə orqanik şəkildə vəhdət təşkil etməsi qoca qitənin həm Osmanlını çökdürməsinə, həm də Yaxın Şərqdə kök atmasına səbəb oldu. Orientalizm - Şərqşünaslıq məhz qoca qitənin sirlərlə dolu Yaxın Şərqi öz təsiri altın ala bilməsi üçün yaradılan bir məktəb oldu. Bu məktəb lourenslər yetişdirdi. Halbuki Xaç yürüşləri dönəmində belə buna nail ola bilməmişdilər”.
 
Analitik bildirib ki, hər bir avropalının, eləcə də ərəbin zehnində bir hakim, qalib türk obrazı var və yüzillərdir buna qarşı bir daxili savaş aparılmaqdadır:
 
“Bu gün hədəfə alınan Atatürk - Türkiyə Cümhuriyyətinin mövcudluq səbəbidir! Həm də avropalılara nəhayətində hərb və siyasət meydanında qalib gələn bir sərkərdədir! 21-ci əsr məhz dəyərlərin savaşının getdiyi bir dövrdür. Bu savaşda hədəf - dəyərlər, yəni sənin bir millət olaraq var edən qırmızı cizgilərdir. O dəyərlərə sahib çıxmamaq bir millətin öz simasını, kimliyini itirməsi deməkdir. Kimliksiz millət isə xasiyyətsizdir! Amma bir məqam da var ki, çaqqalın bəyliyi qurd ayağa qalxana qədərdir!”
 
Qeyd edək ki, Norveçdə keçirilən təlimlər zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Atatürkün rəsmi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb. Bundan sonra Türkiyə NATO təlimlərində iştirak edən hərbçilərini geri çağırıb.
 
Norveç və NATO olaydan dolayı Türkiyədən üzr istəsə də, Ankara Cümhuriyyət Prokurorluğu məsələ ilə bağlı cinayət işi başladıb.

Загрузка...
Загрузка...