Əhəd Abıyev: "O şiferi tualetdən sökmüşdülər"

 
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə keçirilən tədbirdə şiferdən hazırlanmış erməni bayrağını sındırmasından sonra yayılan söz-söhbətlərə münasibət bildirib.
 
İcra başçısı Ölkə.Az-a açıqlamasında deyib ki, üzərinə erməni bayrağı çəkilən şiferi əsgərlər ayaqyolundan söküblər:
 
"Ermənistan bayrağını şiferin üzərinə əsgərlər çəkmişdilər və şiferləri də ayaqyolundan sökmüşdülər. Bayrağı özləri bilərəkdən tərsinə tutmuşdular. Erməni bayrağını düz tutası deyildik ki?! Erməni axtarmağa ehtiyac yoxdur. İçimizdə də nə qədər ermənilər var. Məhz Daşkəsəndə nə qədər erməni arvadları var ki, əsgərlərimiz onlardan "yararlanırlar"".
 
Ə.Abıyev erməni bayrağı çəkilmiş şiferi sındırdığına görə Prezident Administrasiyasına çağırılması haqda yayılan fikirləri təkzib edib:
 
"Mənim Prezident Administrasiyasına çağırılıb danlanmağımla bağlı yazılanlar cəfəngiyyatdır. Erməni bayrağını qırdığıma görə mənə niyə töhmət verilməlidir ki? Əksinə, buna görə mənə təşəkkür edilə bilər. Bu məlumatları yayanlar ermənilərə xidmət edən adamlardır və onların barəsində araşdırma aparılmasını istərdim. Hamımız bu dövlətə, cənab Prezident İlham Əliyevə sadiq olmalı, onun ətrafında sıx birləşməliyik. Bu cür ermənipərəst insanlara qarşı sərt sözümüzü deməliyik. Erməni bayrağını qırdığıma görə fəxr edirəm və peşman deyiləm".

Загрузка...
Загрузка...