"Əhəd Abıyev durduğumuz yerdə bizi işə saldı..."

 
"Onlar təkcə bayraqları səhv salmır, eyni zamanda öz başları ilə digər girdə yerlərini də səhv salırlar..."
 
 
 
Daşkəsən Rayonunun İcra başçısı Əhəd Abıyevin erməni bayrağı zənn edərək Kolumbiyanın bayrağını yumruğu ilə sındırmasına Kolumbiyadan reaksiya gəlib. Belə ki, yayılan məlumatlara görə, Latın Amerikası ölkəsinin mətbuatı bu hadisəyə geniş yer verib.
 
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Moderator.az -a açıqlamasında olaya münasibət bildirib:
 
"Bircə onu deyə bilərəm ki, Əhəd Abıyev o şifer bayrağı yumruqla yox, başı ilə sındırsaydı daha yaxşı olardı... Durduğumuz yerdə bizi işə saldı. İndi gərək Kolumbiyaya cavab verək və onları başa salaq ki, çox da dərinə getməyin, bir işdi olub. Yəni bizim bəzi məmurumuzun bu sayaq at keçməz istəkləri tez-tez olur. Belə ki, onlar təkcə bayraqları səhv salmır, eyni zamanda öz başları ilə digər girdə yerlərini də səhv salırlar. Buna görə də qeyzlənib diplomatik skandal yaratmağa ehtiyac yoxdu".