​Həbsxanada İNANILMAZ CİNAYƏT: məhkum yoldaşını öldürdü, sonra ... - VİDEO

Ömürlük həbs cəzası alan məhbus kamera yoldaşını amansızca öldürüb.
Publika.az xəbər verir ki, Kanadanın Ontario əyalətində baş verən cinayətin həbsxanada baş verməsi aydiyyəti qurumları narahat edib.
32 yaşlı ömürlük məhkum Entoni Corc kamera yoldaşı 29 yaşlı Adam Karqusu həbsxananın yeməkxanasında vəhşicəsinə döyüb. Zərbələrin gücündən məhkum hadisə zamanı ölüb. Bununla yetinməyən Entoni onu ağ çexola büküb sürüyərək yeməkxanadan çıxarıb. Bütün bunlar anbaan təhlükəsizlik kameralarına düşüb.
Həmin an yaxınlıqda heç bir nəzarətçinin olmaması da şübhəlidir. Həbsxanada həmin gün iş başında olan bütün nəzarətçilərin ifadəsi alınıb.

Загрузка...
Загрузка...