Həbsdəki jurnalistdən sensasion açıqlama - "Məndən tələb edirlər ki, prokuror ilə rəisin üzünə durum"

Həbsdəki jurnalistdən sensasion açıqlamaBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Abuzər Cəfərlinin məhkəməsi olub
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmədə sonuncu şahidlər dindirilib. Bununla da məhkəmə istintaqı yekunlaşıb. xural.com-un məhkəmədə iştirak edən əməkdaşının verdiyi məlumata görə, jurnalist Abuzər Cəfərli məhkəmədə hakimə və prokurora üz tutaraq maraqlı açıqlamalar verib. Jurnalist bildirib ki, onun üzərinə qoyulan ittihamların hamısı saxtadır və o, heç kimdən pul almayıb. Jurnalist bu işlərin arxasında dayanan sifarişçilərin olduğunu bildirib. O, bəyan edib ki, Sabirabad rayon prokurorunun və polis rəisinin üzünə durmadığı üçün başına bu işlər gəlir. Ondan tələb edirlər ki, prokurorla polis rəisinə pul verdiyini boynuna götürsün.
Hakim Əfqan Haciyev prosesi 17 iyun saat 12.45-ə qədər təxirə salıb. İclasda prokuror Fərid Nağıyevin jurnalistə iş istəyəcəyi gözlənilir.
Xatırladaq ki, jurnalist Abuzər Cəfərli Cinayət Məcəlləsinin 278-ci maddəsi (dələduzluq) ilə ittiham edilir. Jurnalist sifarişlə ittiham edildiyini bildirir.