“Hazırda Ermənistandakı qarışıqlıqdan istifadə etmək mümkün deyil” - ÖZƏL

 
 
Ərəstun Oruclu: “Əgər düşmən ölkə daxilində böyük miqyaslı qarşıdurma olsaydı...”
 
Artıq bir neçə gündür ki, Ermənistanda qiyamçı müxalifətlə hakimiyyət arasında davam edən qarşıdurma geniş xalq kütlələrinin də meydanlara axışması isə daha mürəkkəb vəziyyət alıb. Bu gün tərəflər arasında mübarizənin silahlı qarşıdurmaya keçməsi ilə bağlı xəbərlər yayılmaqdadır ki, bu da düşmən dövlət daxilindəki böhranın daha da dərinləşməkdə olduğunu göstərir.
 
Azərbaycan Ermənistan daxilindəki qeyri-sabitlik və qarşıdurmadan istifadə edərək işğaldakı torpaqlarını azad edə bilərmi? Bu qarşıdurmadan ölkəmizin hər hansı şəkildə yararlanması mümkündürmü?
 
Bununla bağlı Politika.Az-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu indiki halda Azərbaycanın belə bir imkana malik olmadığını bildirdi:
 
“İndiki məqamda bu qarşıdurmadan istifadə etmək mümkün deyil. Lakin əgər Ermənistan daxilində böyük miqyasda qarşıdurma olarsa, o zaman bundan yararlanmaq olar. Azərbaycan heç bir çağırışa məhəl qoymadan Ermənistan tərəfindən işğal edilən torpalqarı azad etməlidir. Ancaq bu günkü proseslər fonunda buna şərait yoxdur. Odur ki, Azərbaycanın indiki məqamda hərəkətə keçməli olduğunu düşünmürəm”.