Havanın temperaturu 7-12 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Bir neçə gün davam edən mülayim isti hava şəraitindən sonra aprelin 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, aprelin 21-də paytaxt və yarımada havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək.
Bir neçə gün davam edən mülayim isti hava şəraitindən sonra aprelin 22-də ölkə ərazisində hava şəraitin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək.