Hava şəraitinin dəyişəcək - XƏBƏRDARLIQ

Aprelin 16-sı axşam, 17-də gün ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 Havanın temperaturu aprelin 17-də ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.