Harınlamış məmur özbaşnalıqlarından ölkə başçısına müraciət

 Vətəndaşlardan ölkə başçısına müraciyət!

Cənab Prezident.
Sizə dəfələrlə yazmışam, amma  sizə məktubumu çatdırmıllar. Təkrar yazıb üzləşdiyim problemi bir daha açıqlamaq istəyirəm. 2013 ildə seçki qabağı çıxışlarınızda korupsiya ilə mübarizədə vətəndaşların fəallıq göstərməsin dəfələrlə bildirmisiniz. Mən də sadəlövlik göstərib sizə inandım və Dərin özillər zavodunda fəaliyyət göstərən korupsioner qrupu ifşa etdim. Bundan sonra onların himayədarı İxtiyar Axundov və onun əlaltıları məni 25 il qüsursuz fəaliyyət göstərdiyim zavoddan qovdular. Mən üç dövlət müşavirinin qəbulunda olub şikayət məktublarımı onlara təqdim etdim, xeyri olmadı.49 dəfə Baş Prokurorluğa və onun yanında Korupsiya ilə Mübarizə İdarəsinə yazdım. Yenə xeyri yoxdur. Bəlkə mən məktublarımda cinayətkarların cəzalanmasın xaiş edirəm deyə məni eşidən yoxdur? Cəzasız qalmaqları onların yüksək vəzifəli məmurlar tərəfindən himayədarlıq olunmasına sübutdur.
İndi bu belədirsə bəs onda sadə vətəndaşlara niyə müraciət edib onları işsiz qoyursuz?
Onlara deyəndə ki, prezidentə yazacam cavabları o oldu ki, “get kimə yazırsan yaz. Gücün çatmıyacaq”.
Bu cür harınlamış cinayətkarlar dövlətdə ağalıq etmələrinə səbəbkar kimdir?
Bir epizodda 2.000.000 ABŞ dolları pul qazanan cinayətkar belə danışmalıdır. Çünki cəzasız qalmasına və yeri gələndə haqqın verib canın qurtarmasına əmindir.
Əksinin sübutun Sizdən xahiş edirəm Cənab Prezident.
Arif Cavadov