​Haram vərdişlər insanı tez qocaldır...- Avropa alimləri

 
 
Danimarka alimləri 27 illik tədqiqatdan sonra alkoqolun zərəri haqda Quranda buyurulanları təsdiqləmişlər...
 
Zərərli vərdişlər yaşlanma əlamətlərinin erkən görünməsinə səbəb olur.
 
Ömrü uzatmağın və cavan qalmanın ən asan yolu siqaret və spirtdən imtina etməkdir.
 
Moderator.az Lenta.ru-ya istinadla xəbər verir ki,   27 illik tədqiqatdan sonra Danimarkalı alimlər bu nəticəyə gəlmişdir. Tədqiqatların nəticələri  “Journal of Epidemiology & Community Health” (“Epidemiologiya və Cəmiyyət Sağlamlığı jurnalı”) nəşrində  dərc edilmişdir.  Alimlər “Kopenhagen Siti Heart Study” elmi mərkəzi tərəfindən  1976-2003-cü illərdə  20 min kişi və qadının iştirakı ilə aparılmış uzunmüddətli tədqiqatlar zamanı əldə edilən məlumatlardan yararlanıblar. 
 
Tədqiqatçılar müəyyən ediblər ki, insan nə qədər çox alkoqol içir və  siqaret çəkirsə,  qocalma əlamətləri (göz ətrfaındakı, qulaq  mərcəyindəki və s. qırışların artması və keçəlləşmə)  daha  erkən özünü biruzə verir.
 
P.S. Beləliklə, Allahın İslam dini, Quran və Peyğəmbər(s) vasitəsi ilə 14 əsr öncə insanlara haram buyurduğu içkilərin, vərdişlərin zərəri müsəlmanlığı  cəhalət kimi təbliğ edən Qərbin öz  alimləri tərəfindən bir daha təsdiqlənir.
 
Sultan Laçın

Загрузка...
Загрузка...