​“Haram” dükanlar şəbəkəsi açıldı... - Gözlənilməz

Baxış sayı: 
184

 
 
İlk baxışdan Allaha zidd görünən bu addım, eyni zamanda, ibrətamiz bir ictimai qınaq nümunəsidir...
 
Bakının və digər şəhər, rayon mərkəzlərinn küçələrində sakinləri, xüsusən müsəlman, mömin alıcıları cəlb etmək  üçün satış məntəqələrinin, eləcə də kolbasa, sosiska, toyuq və s. məhsullar üzərində, eləcə də telekanallardakı reklamlarda “halal” sözünü və ya brendini görüb-eşitməyə adət etmişik. Və əslində bilənlər gözəl bilir ki həmin məhsulların böyük əksəriyyəti, türkiyəli qardaşlarımız demiş, haramın ta kəndisidir...
 
Dediklərimizin əksinə olaraq  müsəlman respublikalarından birində artıq bir ildən çoxdur ki, “Haram” mağazalar şəbəkəsi fəaliyyətə başlayıb. Moderator.az Tatarıstan mediasına istinadla yazır ki, söhbət  elə bu respublikadan gedir.  Xatırladaq ki, “haram”- “qadağan olunan” mənasına gələn ərəb sözüdür.  Və Allahın dininə görə, bu ad altında müsəlman üçün qadağan olunan əməl, qida, içki, geyim və s. ehtiva olunur...
 
 
Yerli sakinlərdən  birinin “Feysbuk” sosial şəbəkəsində yazdığına görə, respublikanın Sabinsk rayonunun hakimiyyət qurumları  əksəriyyəti halallıq,  o cümlədən spirtli içki və tütündən uzaqlıq, ayıqlıq tərəfdarı olan əhalinin  arzularını əsas götürərək gözlənilməz bir addım atıblar. Belə ki, sakinlərin xahişini nəzərə alaraq rayon mərkəzində və ətraf kəndlərdə alkoqol satışı “Haram” dükanlar şəbəkəsi açılmaqla məhdudlaşdırılıb.  Yəni həmin mağazalar araq, pivə, çaxır və s. içmədən dayana bilməyənlər  üçün təşkil edilib. 
 
 
Bu, yenilik bir tərəfdən Allaha, İslama zidd  kimi qəbul olunsa da, eyni zamanda gözəl bir ictimai qınaq nümunəsidir.  Bunu Sabinsk rayon sakininin “Feysbuk” dakı  şərhi də sübut edir:” Bir çox adamlar “Haram” adlı dükanlara girərək  araq-filan almağa çəkinirlər. Rayonda uşaqlar digər mağazalarda, demək olar ki, alkoqol və tütün məmulatı görmürlər...”
 
Bu həm də rayonda alkoqol düşkünlərinin kimliyini və sayını müəyyən etmək üçün bir vasitədir...
 
Sultan Laçın

Загрузка...
Загрузка...