“Hara yazırsan,yaz məktubun bura gələcək”-Təhdid

 
Saytın rəhbərinə  1ci qrup elil Xaçmaz rayon Haciəlibəy kənd sakini Mehrəliyev Niyaz Nizam oğlu tərəfindən ərizə.
Mən 1-ci qrup əlil adam (epilepsiya,nevroz,ürək- damar,təzyiq enmə,iynə dərmandan qara ciyər mədə siradan çixan,2 ildir böyrək,prostat xəstəsi) bu belə ola bilər ki,ya Vətən uğrunda,ya anadangəlmə. Fərqi varmı? Əgər mən vurulmamişamsa, imtiyazlardan məhrum olmalıyam,bu düzgündürmü? Mən instansiyalara müraciət edirəm,lakin redd cavabı alıram. Mənim irad tutduğum şəxslərdən biri də Xaçmaz rayonu icra hakiminin 1-ci müavini Yetkin Mehmanov tamamile öz vəzifəsinin nece olduğunu yadından çıxarıb. Dövlət strukturunun sahələrinin fəaliyyətini tənzimləyən ən yerli orqandır. İnanıram ki,bunu özü bilmir. Dövlət strukturunda bu boyda bir əngəl varsa, güclü azərbaycançılıq üçün nə edə bilərik?
 
Mənim  3 az yaşlı övladım var. 140(yüz qırx) azn təqaüd alıram. Mənə bu cür laqeydlik varsa, onları xarici qüvvələr dövlətimizin əleyhinə çevirməkdə çətinlik çəkərlərmi? Əgər istifadə edərlərsə, burada günahkar kim sayılır? Mən sadəcə olaraq xəstəliklərimə görə periodik müalicəm üçün cüzi maddi kömək istədim,amma kömək etmək əvəzinə” bizlik deyil” söylədilər, dedim “ yazacam”, dedi “hara yazirsan, yaz məktubun bura gələcək”.
Xahiş edirəm mənə kömək edəsiniz.
Əvvəlcədən sizə öz minnətdarliğımı bildirirəm.