Haqlarında qeybət etdiyi üçün nənələrini öldürdülər – FOTOLAR

Türkiyənin Kayseri şəhərində 82 yaşlı qadının balta ilə öldürülməsi hadisəsi ilə bağlı yaşlı qadının oğlu, gəlini və nəvəsi saxlanılıb. “Qeybət etməsin deyə öldürdük” deyən qatillər Mügə Anlının verilişinə də qatılıb.
Minval.İnfo xəbər verir ki, 2012-ci ildə 82 yaşlı Pəmbə Borazenin balta ilə boğazı kəsilərək öldürülüb. Hadisədən sonra cinayətkar ailə Türkiyədə itkin düşmüş şəxsləri tapmaqda məşhur olan teleaparıcı Mügə Anlının verilişə də qatılıblar. Orada ağlayıb, Pəmbənin qatillərinin tapılmasını istəyiblər.
Hadisənin üzərindən 6 il keçəndən sonra bölgə jandarması məsələni yenə araşdırmaq qərarına gəlib. Aparılan araşdırmalar nəticəsində şübhəli qismində qadının oğlu, gəlini və nəvəsi saxlanılıb. Yaşlı qadının nəvələrinin namusu haqqında qeybət etdiyi iddiası ilə nəvələri F.B. ilə R.K. tərəfindən öldürüldüyü müəyyən olunub.
Cinayətkar ailə ifadə verərkən, “Nəvələri haqqında hər yerdə iyrənc sözlər işlədir, namusumuza söz gətirirdi. Məcbur qaldıq” – deyiblər.
Fərid Özay

Загрузка...
Загрузка...