Hansı sözləri yerində, doğru düzgün işlətmirik? - Mütəxəssis rəyi...

 
 
 
 
Azərbaycan dili çoxqatlı, çoxçalarlı bir dildir. Bu dilin potensialı, zəngin lüğıt fondu sözlərin də zərgər dəqiqliyi kimi seçilməsinə şərait yaradır. Məşhur nasir və şairlərimizin əsərlərində bu incəliyin fərqinə varırıq. Lakin çox təəssüf ki, hazırki media və ədəbiyyat mühitində biz dilimizin incə qatlarından istifadə etmirik. Sıx sinonimlərdən faydalanmır, cümlədə yerinə oturmayan sözləri yazırıq.
 
BDU-nun Jurnalistika fakültəsinin professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli Moderator.az-a açıqlamasında bu məsələ ilə bağlı çox maraqlı faktları səsləndirib, yerində işlənməyən sözləri qeyd edib:
 
“Zəhmət-əmək -  “Zəhm” ərəbcə “əzab, əziyyət”, farsca “qorxu, dəhşət” deməkdir. “Zəhmət” əzab-əziyyətli, qorxulu, faydası az olan işdir. “Əmək” isə insanın zövqünü oxşayan, nəticəsi layiqincə ödənilən, işgörənin təkcə özünə deyil, başqalarına da fayda verən fəaliyyətdir.
 
Təqsir-günah – “Təqsir” "adi, hamının qəbul etdiyi, hamı üçün məcburi qaydalara, əxlaq normalarına zidd hərəkət”, günah isə “dini-əxlaqi normaların pozulması, dinin qəbahət saydığı işdir”.
 
Təzə – yeni - Təzə (farsca: tazə) – köhnəlməmiş, görkəmini saxlamış, istifadəyə yararlı: təzə qəzet, təzə çörək;
 
Yeni – yenmək (qalib gəlmək) sözündən düzəlib. Əvvəllər olmamış, son vaxtlar meydana gəlmiş: Yeni qəzet nəşrə başlayıb; Yeni bina tikilir;
 
Fabrik – zavod - Fabrik (latınca: əllə məhsul hazırlanan yer, emalatxana). Əsasən, yüngül sənaye və qida sənayesi məhsulları hazırlayan müəssisə. Uzun müddət yalnız əl əməyindən istifadə olunub.
Zavod (rus dilindəki “заводить” – “işə salmaq” sözündən düzəlib). Mexanikləşdirilmiş, avtomatlaşdırılmış vasitələrlə ağır sənaye məhsulları hazırlayan müəssisə. Atçılıq və balıqçılıq zavodları da mövcuddur.
 
Adam – insan - Dilindən, dinindən, ictimai durumundan və s. asılı olmayaraq Adəmlə Həvvadan törəmişlərin hamısı adamdır. Adamlar bir-biriləri ilə ünsiyyətə girdikdən sonra insanlaşırlar (“İnsan” və “ünsiyyət” sözləri eyni kökdən yaranıb). Robinzon Kruzo adada tək yaşayırsa, Mauqli heyvanlarla birdirsə, onlar insan yox, adamdırlar. İndiki qloballaşma şəraitində hamı bir-biri ilə ünsiyyətdə olduğu üçün “adam” və “insan” sözləri xalis sinonimlərə çevirilib. Ona görə də hər bir situasiyada qorxmadan həmin sözlərin hər birini işlətmək olar.
 
Xalq-millət - “Xalq” “xəlq olunmuş” deməkdir. Dilindən, dinindən, millətindən, ictimai durumundan və s. asılı olmayaraq eyni ərazidə, eyni ölkənin sərhədləri daxilində yaşayan adamların (insanların) hamısı birlikdə “xalq” anlayışına daxildir. Azərbaycan xalqı (10 milyon nəfər), İran xalqı (80 milyon nəfərdən artıq) və s.
 
Millət tarixən formalaşmış eyni dilə, eyni mədəniyyətə, eyni adət-ənənəyə malik insanlar qrupudur. Burada dinin və ərazinin həlledici rolu yoxdur. Bir millətin nümayəndələri müxtəlif ölkələrdə yaşaya, müxtəlif dinlərə sitayiş edə, müxtəlif xalqların tərkib hissələri ola bilərlər.
 
Elmin Nuri

Загрузка...
Загрузка...