​Hansı meyvələr vitamin baxımından daha zəngindir - FOTOLAR

 
 
Meyvə və tərəvəzlər tərkibindəki mineral və vitaminlərlə hüceyrələrimizi qoruyan, antioksidantlar baxımından çox zəngin qidalardır.
 
Moderator.az  bildirir ki, meyvə və tərəvəzlər, daşıdıqları liflər sayəsində bağırsaq fəaliyyətinə də yardımçı olurlar. Bu səbəblə gündəlik yeməklərimizin arasında mütləq ən az 5 pay meyvə-tərəvəz olmalı və bu qidaları mövsümündə qəbul etməyə diqqət göstərməliyik. Meyvə və tərəvəzlər, vitamin və mineral ehtiyacı baxımından böyük əhəmiyyətə malikdir. Meyvələrin iştah açıcı xüsusiyyətlərinin olduğunu da unutmaq olmaz. Ləzzətləri, daşıdıqları turşu və şəkərdən irəli gəlir. Yetişən meyvənin şəkər miqdarı artır, turşu miqdarı isə azalır. Şəkərin verdiyi dadın turşu ilə birləşməsi nəticəsində xoş bir ləzzət yaranır. Təzə olaraq qəbul edildiyi kimi, qurudulmuş formada da istifadə olunur. Qurudulmuş meyvədə, su miqdarı az olduğu üçün təzə meyvə ilə müqayisədə kalori miqdarı çoxdur.
 
Bəs, hansı meyvələr vitamin baxımından daha zəngindr ?
 
Alma
 
Alma daşıdığı lif, pektin və antioksidantlarla xolesterinin azaldılmasına kömək edir, qan şəkərinin normada qalmasını təmin edir. A, E, C vitaminləri, fol turşusu və flavonoiddən ibarətdir. Daşıdığı minerallar və antioksidant vitaminlər, immunitet sistemini gücləndirir, xərçəngə qarşı qoruyur.
 
Ərik
 
Vitamin və mineral baxımından zəngin olan ərik A, B, C, E vitaminləri, yüksək miqdarda dəmir, kalsium, fosfor, maqnezium və lif baxımından zəngindir. Tərkibindəki kalsium, fosfor kimi minerallar sümük və diş sağlamlığı baxımından əhəmiyyətlidir. A vitamini ilə zəngin ərik, dərimizi və göz sağlamlığımızı qoruyur, immunitet sistemini gücləndirir.
 
Qarpız
 
Qarpız, A və C vitamini, maqnezium, kalium, citrulin turşu və likopen antioksidantından ibarətdir. Tərkibindəki antioksidant və turşularla xərçəngdən və ürək xəstəliklərindən qoruyur.
 
Əncir
 
Təzə əncir A, B, C, E, K vitaminləri və bir çox antioksidantdan ibarətdir. Kalsium, kalium və maqneziumla zəngin bir meyvədir. Tərkibindəki yüksək kalium ilə təzyiqi tənzimləyir, kalsium və maqneziumla sümük sağlamlığını qoruyur.
 
Ananas
 
Ananas C vitamini ilə zəngin, lif baxımından yaxşı bir qidadır. Bu səbəblə dəri sağlamlığını qoruyur, ürək xəstəlikləri riskini azaldır. A, B1, B2 elementlərini də birləşdirir.
 
Şaftalı
 
C və A vitamini və kalium baxımından zəngin bir meyvədir. Tərkibindəki antioksidant və vitaminlərlə immunitet sistemini gücləndirir, xərçəngə qarşı qoruyur.
 
Armud
 
Zəngin lif xüsusiyyəti ilə xolesterinin düşməsinə kömək edir, bağırsaqların fəaliyyətini nizama salır.  Tərkibinə C vitamini, fol turşusu və bir çox antioksidant daxildir.
 
Alça
 
C vitamini baxımından zəngin bir meyvə olan alça A, B, K vitaminləri, bir çox mineral və antioksidant maddələrdən ibarətdir. Qəbizliyin qarşısını alır, xərçəngə qarşı qoruyur.
 
Üzüm
 
Ən əhəmiyyətli maddəsi, daşıdığı bol miqdardakı şəkərdir və yaxşı bir enerji mənbəyidir. Tərkibindəki antosiyaninlər, flovanoidlər antioksidant təsirinə malikdir. Xolesterini aşağı salır, damar sərtliyinə qarşı qoruyur. C və K vitamini, kalium, dəmir, fosfordan ibarətdir.
 
Gilas
 
Tərkibində bol miqdarda antioksidant olduğu üçün ağrıkəsici və iltihab önləyici effektə malikdir. Tərkibindəki lif, antioksidant və vitaminlərlə xərçəng xəstəliklərinin qarşısını almağa və ürək sağlamlığını qorumağa yardımçı olur.

Загрузка...
Загрузка...