"Hanı Baş nazirin o "cavan müavini", "tikintilər, fövqəladə hallar üzrə kralı" Abid Şərifov?"

"Bakı şəhərinin meri sağdırsa, bu əldən gedən şəhər təsərüffatına görə nədən lazımı tədbirləri görmür?"
 
 
Tam ciddi olaraq soruşmaq istərdim. Bakı şəhərinin meri sağdır ya ölüb? Sağdırsa, bu əldən gedən şəhər təsərüffatına görə nədən lazımı tədbirləri görmür? Biz zarafata salıb sosial şəbəkələrdə bir az ağlamalı, bir az gülməli statuslar yazıb, şəkillər paylaşıb ürəyimizi boşaldırıq. Əslində isə vəziyyət çox acınacaqlı və mən deyərdim ki, dözülməzdir. Müharibə vəziyyətində olan ölkənin paytaxtı belə durumda olmamalıdır və buna əsla haqqı yoxdur. Bir az bundan əvvəl düz saat yarım "Kollizey" sadlıq evinin qarşısında üzü şəhərə saat 17.55-dən 19.32-yə kimi dəhşətli tıxacda qalmışıq. Deməli həmin vaxt o ərazidə xidmət aparan başıbatmış və çox təriflədiyiniz bəzi YPX əməkdaşları özlərinin nə qədər savadsız və hazırlıqsız olduqlarını bir daha nümayiş etdirdilər. Ümumilikdə götürəndə isə, Bakı nə payıza, nə də, qışa HAZIR DEYİL. Hanı Baş nazirin o "cavan müavini", "tikintilər, fövqəladə hallar üzrə kralı" Abid Şərifov, hansı ki, ötən həftələrdə bül-bül kimi cəh-cəh vururdu ki, daha Bakının kanalizasiya problemi olamayacaq. Nə oldu bəs? Hələlik isə, Bakını Allah qoruyur. Aman o gündən ki, Tanrı da bezsin və əlini üstümüzdən çəksin.
Tanrı Azərbaycanımızı və xalqımızı qorusun!
 
Üzeyir Cəfərov, tanınmış hərbi ekspert

Загрузка...
Загрузка...