​Hamını heyrətləndirən əfsanəvi varlıq - Sultan II Əbdülhəmid müəmması

Baxış sayı: 
192

 
 
 
Osmanlı xanədanının sonuncu ən güclü sultanı II Əbdülhəmiddir. Çox güclü məntiqi mühakiməsi, diplomatik təfəkkürü sayəsində dövləti 33 il nəhəng güclərdən qorumağı bacarmışdı. Bu 33 ildə atdığı siyasi addımlar, etdiyi taktiki gedişlər barəsində kitablar yazılmalıdır.
 
Amma Əbdülhəmiddən danışarkən, bu keyfiyyətlərlə yanaşı, onunla bağlı bəzi sirli məqamlara da toxunulur. Əbdülhəmid xaraktercə xeyli fərqli insan olub. Elə bu səbəbdən də onun barəsində olan şayiələr də artır.
 
Moderator.az xəbər verir ki, Türkiyənin bir neçə sayt və youtube kanallarında Əbdülhəmid dövrünə aid inanılmaz bir versiya irəli sürülüb. Bu versiya, medusa, yarı qadın, yarı ilan olan əfsanəvi varlıq haqqındadır.
 
Medusa ( bəzi məbnələrdə Şahmaran adlandırılıb) bir çox tədqiqatçıya görə, qədimlərdə Yerə gələn yadplanetlilərin insanın genetikasını dəyişdirməyə cəhd etməsi nəticəsində yaranan, yarı yadplanetli varlıq olub. 
Guya II Əbdülhəmid dövründə İstanbulda baş verən zəlzələ nəticəsində Yerəbatan sarayının tunellərində çatlar və oyuqlar açılır. Buranı incələməyə gələn mütəxəssislər sandıq şəklində daş qəbir görüb açırlar. Açılmış qəbirdən bir mumya çıxır və hər kəs gördüyü mənzərə qarşısında şok olur. Mumyanın başı insan, bədəni isə ilan formasında olur. "Şahmaran tapıldı" deyə söz-söhbət hər yerə yayılır.
İddialara əsasən, mumya II Əbdülhəmidin əmri ilə gizlədilir. Daş qəbir isə mərasimlə yenidən dəfn edilir. Bu real hadisə o zaman "Rəsmli qazeta" adlı jurnalda çap edilir və qəbirin şəkilləri çəkilir. Məsələni daha maraqlı edən cəhət isə həmin jurnalın çap edildiyi dövrdəki bütün nömrələrinin Taksim və Bəyazid kitabxanalarında saxlanmasına baxmayaraq yalnız həmin gün çıxan nömrəsinin yoxa çıxmasıdır”.
Qeyd: Fərziyyənin yazılmasında səbəb oxucunu Əbdülhəmid dövrü ilə bağlı hansısa mistik ovqata salmaq deyil. Əsl məqsəd II Əbdülhəmid kimi böyük siyasətçilərin qeyri-adi təfəkkürünü, inanılmaz diplomatik gedişlərini oxuculara çatdırmaq üçün bu cür fərziyyələrə diqqət ayırmamaq barəsində işarədir. Bill Klintondan tutmuş, bir çox siyasətçilər Sultan Əbdülhəmidin diplomatik gedişlərini dərs vəsaiti kimi keçdiklərini etiraf edib. Əsl möcüzə də hər hansı əfsanəvi varlıq yox, bir türk övladının inanılmaz zəkasıdır.
 
Elmin Nuri

Загрузка...
Загрузка...