Əhalinin gəlirləri bir ayda daha 6% azaldı

 
Rusiyada əhalinin real gəlirləri ölkə miqyasında daha 6% azalıb.
 
Ölkə.Az xəbər verir ki, Qərbin sanksiyalarından sonra və neftin dünya bazarlarında kəskin ucuzlaşmasından sonra Rusiyada iqtisadi böhran getdikcə dərinləşir.
 
Rublun devalvasiyasının qarşısını almaq üçün valyuta ehtiyatlarının böyük hissəsini xərcləyən Rusiya artıq büdcə xərclərini yarıdan çox azaldıb. Ölkədə hər ay ÜDM-in həcmi və proporsional olaraq əhalinin gəlirləri bir neçə faiz aşağı düşür.
 
Rusiya Statistika Komitəsinin oktyabr ayı üçün apardığı hesablamalara görə, 1 ayda ölkə əhalisinin real gəlirləri 6% aşağı düşüb.