​Əhalinin cibinə ağır zərbə: kolbasa-sosiska da bahalaşdı - Özəl siyahı

 
Bakıda kolbasa və sosiska məhsullarının qiymətində də artım qeydə alınıb
 
Politika.Az-a verilən xəbərə görə, kolbasa firmaları ətin bahalaşması ucbatından qiymətləri qaldırıb.
 
Hazırda mağazalarda və supermarketlərdə kolbasa-sosiska məmulatlarının qiymətində dəyişiklik olunub.
 
Alıcılar yeni tariflərdən gileylənir, satıcılar isə firmaların qiyməti artırdığını səbəbkar kimi göstərir, şirkətlər isə iqtisadi vəziyyətlə əlaqədar analoji addım atdıqlarını söyləyirlər.
 
Beləcə axırda zərər alıcılara dəyir. Əldə etdiyimiz xəbərə görə, həm “Ovçular”, həm “Rosko”, həm “Səhliyalı” həm də “Sab” qiymətləri dəyişib. Bu məhsulların bahalaşacağını əvvəldən xəbər vermişdik.
 
Ərzaq məhsullarının qiymətində olan bahalaşma dalğası yenə də özünü göstərir. Bir müddət bahalaşmanın dayandığını deyən alıcılar son günlərdə yenə də bahalaşma olduğundan şikayətlənirlər.
 
Xüsusən də “Azərsun”un istehsalı olan ərzaq məhsullarının qiymətində 10-30 qəpik civarında artım var.
 
Politika.Az-a verilən xəbərə görə, sosial şəbəkələrdə və mediada cəmiyyətin son bahalaşma ilə bağlı narazılığı öz əksini tapmaqdadır.
 
Eyni zamanda parlamentdəki bəzi deputatlar da dilə gəliblər. İddialara görə, iqtidar rəhbərliyinin hər zaman olduğu kimi bu dəfə də humanist addım atacağı və məmurların özfəaliyyətinə son qoyacağı gözləntisi var.
 
Çünki işıq və qazın bahalaşması bütün sahələrdə təsirini göstərməkdədir. Həm iş adamları, həm təhsil ocaqları, həm sıravi vətəndaşların işinə ağır təsirləri var. Ona görə də dövlət rəhbərinin Şuranın qərarını geri götürmək barədə göstərişi barədə ehtimallar var.
 
Azərbaycanda sosial-iqtisadi vəziyyət çətinləşir. Qiymət artımları barədə ədalətsiz qərarın təsiri ilə ölkədə yoxsulluq həddindən aşağıda yaşayanların sayı sürətlə artacaq, digər bazarlarda da qiymətlər bahalaşacaq, bir çox istehsal və xidmət obyektləri sıradan çıxacaq.

Загрузка...
Загрузка...