“Halallıq aldım, başqa kanala keçirəm…” – Rövşanə

 
Aparıcı Rövşanə Ağasəfqızı da özünə iş tapan ANS-çilərin siyahısındadır.
 
Axşam.az xəbər verir ki, aparıcı xəbəri təsdiqləyib:
 
“Biz aparıcılar son ana qədər gözlədik. Ali məhkəmənin qərarından sonra ANS-in aqibəti açıqlandı. Mən ANS-çiyəm, fəxr edirəm ki, oranın işçisi olmuşam. ANS bir aklademiyadır və biz bu akademiyada çalışdıq. Oranın böyük məktəb olduğunu heç kim dana bilməz. Biz də bu jurnalistika məktəbini keçdik.
 
Bu gün biz hamımız çalışmalı, əmək haqqı almalıyıq. ANS-in rəhbərliyi, Seyfulla Mustafayevlə söhbət etdik və halallıq aldıq. Ona dedik ki, etiraz etmirsinizsə, digər kanalda işə başlayaq.
 
Jurnalistika elə bir sahədir ki, burada daim iş dəyişikliyi ola bilər. Jurnalistin qələmi əlindədirsə, sözünü deməyə yer tapacaq. Hələ ki, ANS-in efiri yoxdur. Jurnalistəmsə, işləyəcəm. Yenə də ümidimizi üzmürük, güman edirik ki, hər şey yaxşı olacaq.
 
ANS rəhbərliyinin halallığı lə yeni bir kanalda işə başlayacağam. Həmin kanalın adını yaxın günlərdə açıqlayacağam”.