Hakimiyyəti qorxuya salan yazıçı...!

Bir neçə gün öncə yazıçı Zümrüd Yağmurun "Ölkə adı:22" romanının satışına qadağa qoyub.
Bununla bağlı əməkdaşımız Ülviyyə Xəlil  yazarla əlaqə saxlayıb.  Bu olayla bağlı Zümrüd xanım bildirib ki, "Bir necə gün əvvəl bir oxucu mənə müraciət edərək əsəri necə əldə edə biləcəyini soruşdu. Ona hansı kitab dükanlarından əldə edə biləcəyini söylədim.
Lakin keçən gün oxucu mənə yazaraq bildirdi ki, o bu gün iki dükandan kitabı soruşsa da əldə edə bilməyib.
Əsərin satışda bitdiyini zənn edib romanın yayımı ilə məşğul olan şəxs bu gün kitab dükanlarına baş çəkərək yenidən onlara kitab vermək istəyəndə aydın olub ki, əsər satışdan qaldırılıb. Səbəb olaraq da o göstərilib ki, əsərdə siyasi calarlar var və hakimiyyət əleyhinə yazılıb." Bu halın özü əslində Azərbaycanın despotik bir rejimə qayıtdığının bariz nümunəsidir.
Onu da xüsusi qeyd edək ki, Zümrüd xanım son zamanlar əsasən siyasi mövzularda romanlar yazır. 17 sentiyabr 2016-cı il mitinqində yazıçının çıxışı onun kitabının satışına qadağa qoyulmasına "əsas" ola bilər. Bu arada deməliyik ki, ailəsi Fuad Qəhrəmanlı artıq bir ilə yaxındır məhbəs həyatı yaşayır.
Ülviyyə XƏLİL