Hakimiyyətdən Ziya Məmmədova "yaşıl işıq" - Səlahiyyətləri geri qaytarılır

 
Nəqliyyat Nazirliyinin üzərindən qara buludlar çəkilir. Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev çıxışı zamanı Nəqliyyat Nazirliyinə yeni səlahiyyətlər veriləcəyi haqqında fikir bildirib. Bir müddət öncə Nəqliyyat Nazirliyinin bir neçə strukturunun əlindən alınaraq digər dövlət qurumlarına verilməsi bu nazirliyin ləğv olunmasını gündəmə gətirdi.
 
Həmin dövrlərdə NN-in bir çox səlahiyyətləri əlindən alındı. Həmin səlahiyyətlərin bir hissəsi Bakı Şəhər Baş Dövlət Yol Polisinə, bir hissəsi isə “Azəravtoyol” Açıq Səhimdar Cəmiyyətinə verildi. Bu qərarlardan sonra demək olar ki, Nəqliyyat Nazirliyinin önəmli şöbələri əlindən alınaraq digər dövlət qurumlarına verildi. Amma NN bir dövlət qurumu kimi qaldı və hal-hazırda da mövcud səlahiyyətlərilə öz fəaliyyətini davam etdirir. Bir müddət öncə isə nazirliyin daha bir səlahiyyəti ləğv olunub. Belə ki, prezidentin sərəncamına əsasən, “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı dəyişib. İndiyə qədər “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Nəqliyyat Nazirliyi olub. Dəyişikliyə əsasən, Nəqliyyat Nazirliyinin “Avtomobil yolları” Məqsədli Büdcə Fondu ilə bağlı səlahiyyəti ləğv edilib, bu səlahiyyət “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə verilib. Bu qərardan sonra Nəqliyyat Nazirliyinin ləğv olunması yenidən gündəmə gəlsə də, ancaq sonra gedən proseslər göstərdi ki, NN-in ləğv olunması məsələsi arxa plana keçib.
 
Ekspertlər hesab edir ki, ölkənin bütün nəqliyyat sistemi NN-in sərəncamına verilməlidir. Əgər bu olmursa bu nazirlik ləğv edilməlidir. Çünki eyni funksiyanı digər qurumlarda yerinə yetirə bilirsə dövlət dotasiyası hesabına NN-in saxlanılmasına ehtiyac yoxdur. Nəinki NN-i digər dövlət büdcəsi hesabına fəaliyyət göstərən və biri-birini təkrarlayan bütün qurumlar ləğv olunmalıdır. Nəqliyyat sektoruna aid olan hava, dəmiryol, metropoliten, dəniz daşımları məhz bu nazirliyin təkibində fəaliyyət göstərməlidir. Bu qurumların ayrı-ayrılıqda fəaliyyət göstərməsi dövlət büdcəsinə birbaşa zərbədir. Çünki bu qurumların hər biri müəyyən mənada dövlətdən dotasiya alır. Büdcədən ayrılan vəsaitin birbaşa olaraq bir ünvanda cəmləşməsi həm də xərclərin şəffaflığını nəzarətdə saxlamağa imkan verir.
 
Ölkədə gedən siyasi prosesləri nəzərə alsaq görərik ki, artıq Nəqliyyat Nazirliyinin üzərindəki qara buludlar yavaş-yavaş götürülür. Gələcəkdə də bu quruma yeni səlahiyyətlər veriləcək. Nəticədə NN yenidən işlək quruma çevriləcək. NN-ə yeni səlahiyyətlər verilsə, yenə də əvvəlki kimi etirazların mərkəzi olacaq?
 
Görünən odur ki, yox. Artıq bu qurumla bağlı aparılan işlər onu göstərdi ki, verilən kursdan kənara çıxan hər kəs cəzalanacaq. Ona görə də, bu dəfə NN-in səlahiyyətləri tam olaraq bərpa olunarsa o zaman müəyyən qədər şəffaflıq özünü göstərəcək.
 
Digər tərəfdən isə ən böyük etirazlar taksi sürücüləri tərəfindən baş veridi. Amma ölkə prezidentinin bununla bağlı verdiyi qərardan sonra bu məsələyə NN-in müdaxilə etmək şanısını demək olar ki, sıfıra endirdi. Qeyd edək ki, verilən qərarda taksi fəaliyyəti göstərmək üçün lisenziyaların NN-dən alınaraq, ASAN Xidmətə verilməsi göstərilir