Hakimiyyətdən iki nazirə ağır cəza: Səlahiyyətləri əllərindən alındı - Şok təfərrüatlar

Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılacağı barədə məlumat yayılıb
Naməlum mənbədən daxil olmuş məlumata görə, Kənd təsərrüfatı, Səhiyyə nazirliklərinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bir sıra funksiyalarının bu agentliyə veriləcəyi bildirilir. Agentliyin ABŞ-ın Qida və Dərman İdarəsinə (FDA) bənzər bir qurum olacağı qeyd olunur.
Xəbərə görə, hazırda agentliyin yaradılması ilə dövlət orqanları arasında yazışmalar və müzakirələr aparılır.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda islahatların davamı olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv ediləcəyi barədə məlumat yayılmışdı. Fitosanitar, Baytarlıq, Standartlaşdırma, Sanitar Gigiyena və Epidemiologiya orqanlarının xidmətlərində oxşarlıq və təkrararlıq olduğu tez-tez dilə gətirilir