Hakimiyyətdə postneft panikası: Nazirliklərdə ixtisarlar başladı - Şok siyahı

 
Ölkədə postneft dövrünün başlanması bütün dövlət strukturlarında ixtisarları şərtləndirib
 
Politika.Az-a özəl mənbələrdən sızan məlumatda iddia olunur ki, bir sıra nazirliklərdə kütləvi ixtisarların olacağına hazırlıq gedir.
 
Hakimiyyət artıq böhranın dərinləşməsinin qabağını kompeks şəkildə ala bilmir. İqtidar düşərgəsində inflyasiyanın qarşısını ala biləcək güclü komanda ola bilmədiyi üçün artıq ixtisarlar dövlət strukturlarına da siraət edib.
 
Mənbə qeyd edir ki, ölkədə işsizlər ordusunun yeni mərhələsi başlanır. Nazirliklərdə çalışan xeyli sayda işçi könüllü şəkildə istefa ərizəsi yazmağa məcbur edilir. Yanvardan bu ixtisarlar daha da kütləvi xarakter alacağı bildirilir.
 
Qaynağımız vurğulayır ki, postneft dövründə qeyri-neft sektorunun inkişafı gücləndirilməlidir. Prezident İlham Əliyev də bu sektora təkan verir və müsbət islahatlar həyata keçirir. Lakin komanda daxilindəki bəzi monopolist qüvvələr antiböhran tədbirlərini tormozlayır.
 
Nəticə etibarı ilə hakimiyyət içində çaxnaşma və gərginlik yaranır. Bu gərginlik idarəçilikdə də öz əksini tapmağa başlayır və dolların bahalaşması, büdcədə kəsirin yaranması maaşların azaldılması və ixtisların kütləviləşməsi ilə müşayiət olunur.
 
Politika.Az-a daxil məlumatda iddia olunur ki, bəzi nazirliklərdə artıq narahatlıq yaranıb. Belə ki, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Vergilər Nazirliyi və bəzi komitələrdə ixtisarlar qeydə alınmaqdadır.
 
Habelə, Nəqliyyat Nazirliyi, “Azəravtoyol” ASC, Dəmir Yolları QSC, o cümlədən Dövlət Reyestr Xidməti və başqa qurumlarda ixtisarlar var. Məlumatda deyilir ki, Ailə, Qadın və Uşaq Komitəsi, Dövlət İmtahan Mərkəzi, Dövlət Miqrasiya Xidməti və başqa strukturlarda ixtisarlar baş alıb gedir.
 
Nazirlər Kabineti heç cürə islahatların lokomotivi ola bilmir. Bunu referendum ərəfəsində Prezident Administrasiyası rəsmiləri də qeyd edirlər.
 
Ölkədə iqtisadi vəziyyətin çətinləşməsi dövlət rəhbərliyinin təxirəsalınmaz addımlar atmağa sövq edib. Azərbaycanın kompleks antiböhran tədbirlər görməsi üçün artıq çiban yetişib. Dolların 2 manata gəlib çatması ondan xəbər verir ki, məzənnə yuxarıya doğru irəliləyir.
 
Manatın dəfn olunması nəticəsində ölkənin bütün strukturları böhran yaşayır. Yaxın aylarda və 2017-ci ildə neftin bahalaşması da gözlənilmir. Ölkədə sürətlə kütləvi işsizlik yaşanır, bank və maliyyə sektoru çökür, ticarət sahələrində durğunluqdur, özəl və dövlət sektorunda ixtisarlar baş alıb gedir.

Загрузка...
Загрузка...