Hakimiyyət Ziya Məmmədovu MTN kimi ləğv edir - Sensasiya

 
Bu günlərdə gənc blogger Mehman Hüseynov səs-küyə səbəb olacaq növbəti videosunu hazırlayıb. O bəzi məmurların villasının görüntülərini çəkib.
Videoda sual edilir ki, öz halal maaşları ilə məmurlar bu villaları neçə əldə ediblər? Məmurların biznes fəaliyyəti qadağandırsa bəs onlar bu nəhəng villaları neçə tikə biliblər?
 
Bu sualların isə sadə cavabları var: büdcə pullarının talanması, çirkli pulların yuyulması, korrupsiya fəaliyyəti və biznes şəbəkələrinin olması.
 
Politika.Az-ın xəbərinə görə, videosu yayılan villalardan biri nəqliyyat naziri Ziya Məmmədovun imiş.
 
Nazirin malikanəsinin olması təəccüb doğurmayıb. Çünki Z.Məmmədovun fəaliyyəti göz qabağındadır. O, illərlə Azərbaycan xalqının pullarını mənimsəyib.
 
Son zamanlar qürub çağını yaşayan nəqliyyat kralı tamamilə siyasi dayaqlarını itirib. Onun rəsmi şəkildə səlahiyyətlərinin də heç endirilməsi vəziyyətinin nə yerdə olduğunu ifadə edir.
 
Buna baxmayaraq Məmmədovun milyonluq sarayları qalmaqdadır. Ondan bu villaları hansı pula tikdiyini rəsmi qaydada soruşan da yoxdur. Ancaq gedişat göstərir ki, nazirin qələmi qırılıb və siyasi taleyi həll olunub.
 
Nəqliyyat Nazirliyinin ləğvi ilə bağlı sənədlər artıq hazırdır. Bununla belə Ziya Məmmədovun hansısa vəzifəyə təyin olunacağı inandırıcı görünmür.
 
Çünki artıq Ziya Məmmədovu tədbirlərə belə dəvət etmirlər. Nazir əvvəlki kimi avtoritarlıq edə bilmir. Hakimiyyət düşərgəsində də nəqliyyat nazirinə münasibət dəyişib.
 
İndi ona “bağda ərik var idi, salam-əleyk var idi” misalına bənzər hörmət saxlanır. Hətta iddialara görə, nazirin yaxın vaxtlarda istefası gerçəkləşəcək.
 
Politika.Az-ın verdiyi xəbərə görə, Nəqliyyat Nazirliyinin səlahiyyətləri son bir ildə xeyli azaldılıb.
 
Nazirliyin bəzi səlahiyyətləri alınaraq başqa qurumlara verilib, eyni zamanda tabeliyindəki bir sıra strukturlar onun tərkibindən çıxarılıb.
 
Bu səlahiyyətlər hər dəfə azalanda nəqliyyat naziri Ziya Məmmədovun da işdən çıxarılacağı iddiaları gündəmi zəbt edib. Hələ ki nazirlə bağlı gözlənilən baş verməyib. Nazirin əlindən alınan səlahiyyətlərin isə uzun bir siyahısı var.
 
2015-ci il sentyabrın 12-də Prezidentin imzaladığı fərmanla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə “fərqlənmə nişanı” verilməsi səlahiyyətləri Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılaraq ASAN Xidmətə verilib.
 
Ölkə başçısının sentyabrın 18-də imzaladığı digər fərmanla “Azərbaycan Dəmir Yolları “ Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tərkibindən ayrılaraq yeni qurum kimi təsis edilib. Bu siyahını çox uzatmaq olar ki, mətbuatda kifayət qədər yazılıb. Demək olar ki, nazirin heç bir səlahiyyəti qalmayıb.