Hakimiyyətə şok təklif: Nəqliyyat və Rabitə nazirlikləri birləşdirilir - Təfərrüat

 
Hakimiyyət struktur islahatlarında inqilabi dəyişiklik edə bilər
 
Politika.Az-ın əldə etdiyi məlumata görə, Qərb təcrübəsindən istifadə olunmaqla iki nazirliyin birləşdirilməsi təklif olunur.
 
Hökumətə tövsiyə edilir ki, Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilsin. Bu praktika dünya da çoxdan var və uğurlu presedentdir.
 
Dünyada Nəqliyyat və Rabitə nazirliklərinin timsalında vahid İnfrastruktur Nazirliyi yaratmağın uğurlu təcrübəsini bizdə də istifadə etmək olar.
 
Hətta Səhiyyə və Sosial Müdafiə Nazirliklərinin bazasında vahid Sosial Məsələlər Nazirliyi formalaşdıran və belə qurumun uğurla fəaliyyət göstərdiyini sınaqdan çıxaran ölkələr də var.
 
Bizdə isə dövlət gəlirlərinin 2 dəfəyədək itirildiyi son 2 ildə zəruri olan məmur aparatı ixtisarına ehtiyac görmədilər.
 
Nəticədə 2017-ci ilin büdcə layihəsinə görə, dövlət hakimiyyət orqanlarının nəqliyyat xidmətləri ilə bağlı xərcləri 4 dəfədən çox artırılaraq 6 mln. manatdan 26.3 mln. manata çatdırılıb.
 
Hökumət başqa bir qurumla rahatlıqla birləşdirə biləcəyi bir nazirliyə bina tikintisi üçün 2017-ci ildə 39 mln. manat ayırıb.
 
Politika.Az-ın əldə etdiyi məlumata görə, hakimiyyət içərisində bu təkliflə bağlı ikili mövqe var. Bu təşəbbüsü dəstəkləyənlər olsa da, iki nazirliyin birləşdirilməsinə qarşı gedənlər də var. Əgər struktur islahatı baş tutsa, hər iki nazirlikdən kifayət qədər ixtisarlar olacaq.
 
Ümumiyyətlə, hakimiyyət kluarlarında gedən gərgin və qızğın müzakirələrdə iqtisadi böhranın dərinləşməsi mübahisələrə səbəb olub. Hökumət içindəki islahatçı qanadla ənənəvilər arasında dartışma gedir.
 
Siyasi elita və oliqarx məmurların qarşıdurmasından əziyyət çəkən tərəf xalqdır. Nazirlər Kabineti islahatların lokomotivi ola bilmədiyi üçün antiböhran tədbirlərini də ləngidir. Köhnə və qoca komanda islahatçı qüvvələrin çağırışlarına məhəl qoymur.
 
Minlərlə ailə olduqca ağır bir vəziyyətlə üzləşir. Dövlət rəhbərliyi təxirəsalınmaz antiböhran tədbirləri həyata keçirir. Amma bəzi yarıtmaz məmurların sayəsində ölkəni bahalaşma dalğası bürüyüb.

Загрузка...
Загрузка...