​Hakimiyyət bütün siyasiləri həbsdən azad edə bilər-əfv ümidi

 
 
Novella Cəfəroğlu: “Əfv sərəncamında Əli İnsanov və digər məhbusların adı ola bilər”
 
Hər ilin bu vaxtları olduğu kimi, bu il də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı əfv sərəncamının veriləcəyi xəbəri yayılıb. Ölkə iqtidarının bu əfvlə barələrində hökm olan və Qərbin əsas diqqət mərkəzində olan siyasi məhbusları bütünlüklə azadlığa buraxacağı deyilir.
 
Hazırda məhkəmə prosesləri başa çatan azsaylı siyasi məhbus həbsxanada var. Bunlardan sabiq səhiyyə naziri Əli İnsanovu, REAL sədri İlqar Məmmədovu, NİDA vətəndaş hərəkatından İlkin Rüstəmzadə və Əbdül Əbilovu, AXCP-dən Asif Yusifli, Məmməd İbrahim, Elvin Abdullayev və Seymur Həzini misal çəkə bilərik. Heç şübhəsiz ki, əsas diqqət mərkəzində olanlar REAL sədri və sabiq səhiyyə naziridir. Xüsusilə, İ.Məmmədovun noyabrın 18-də kassasiya şikayətinə baxılması və heç kimin gözləmədiyi halda Ali Məhkəmənin onu həbsdə saxlaması bir çox suallar yaradıb. REAL sədrinin Yeni il əfvi ilə azadlığa çıxacağı bildirilir.
 
Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev qurumda əfv məsələsi ilə bağlı daimi işlərin getdiyini söylədi: “Hər bir daxil olan müraciət diqqətlə araşdırılır. Bunun komissiyanın əsasnaməsinə uyğun olub-olmaması ilə bağlı rəylər toplanılır və müvafiq arayış hazırlanır. Bu arayışların da hər biri sonda Əfv Komissiyasına təqdim olunacaq. Bu proseduralar başa çatdıqdan sonra komissiya sədri tərəfindən iclas çağırılır. İclasın nə zaman çağırılması sədrin səlahiyyətlərinə aid məsələdir. Hər bir əfvə fərdi olaraq baxılır. Bu zaman bütün amillər nəzərə alınır. Məhkumun ailə vəziyyəti, onun cəmiyyət üçün nə dərəcədə yararlı olması və faydaları, səhhəti, bütövlükdə onu xarakterizə edən xüsusiyyətlər nəzərə alınır. Bundan sonra komissiya üzvlərinin səsverməsi ilə müvafiq rəy hazırlanır. Məhbusun lehinə və əleyhinə olan bütün rəylər cənab prezidentə təqdim olunur. Bundan sonra prezident özü kimi əfv etməsini müəyyən edir. Bu, ölkə başçının konstitusion hüquqidir. İndiyə qədər cənab prezident tərəfindən çoxsaylı əfv sərəncamları verilib. Müstəqillik illərindən bu günə qədər 61 əfv sərəncamı imzalanıb. 11 amnistiya aktı verilib.

Загрузка...
Загрузка...