Hakerlər İsrail telekanalında azan yayımladı - VİDEO

 
Hakerlər İsrailin azan qadağasına etiraz olaraq ölkənin “Channel 2” telekanalının peyk tezliyini ələ keçirib.
Turaninfo.az xarici mediaya istinadən xəbər verir ki, hakerlər azan videosunu yayımlayaraq kanalı peykdən izləyən israillilərə azanı dinlədiblər.
Hadisə ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrinə görə, kanalın tezliyni ələ keçirən kibercinayətkarların çoxu ərəb ölkələrinin vətəndaşlarıdır.
Qeyd edək ki, azanın səsgücləndiricilərlə oxunmasını qadağan etməyi nəzərdə tutan qanun layihəsi bir müddətdir İsrail parlamentinin gündəmindədir. İsrail parlamenti qanun layihəsini səsverməyə çıxarmaq üçün üç dəfə toplanıb. Ancaq səsvermə hər dəfə təxirə salınıb.

Загрузка...
Загрузка...