Hafiz Hacıyev üsyan etdi: "Şaiyə yayırlar ki, Ziya Məmmədov prezident olacaq" - İki naziri yıxıb sürüdü

"Şaiyə yayırlar ki, Ziya Məmmədov prezident olacaq" Azərbaycanda kənd təsərüfatı sənayesi iflic olub
Bunu görmək üçün bazarlara getmək kifayətdir. Təsəvvür edin ki, rayonlarda hektarlarla əraizlər ağzı günə qalıb amma sahibkar meyvə tərəvəz əkib bazara çıxara bilmir. Bazardakı məhsulların çoxu da xaricdən gətirilib
Bunu açıqlamasında Müasir Müsavat sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, bütün bunlara səbəb Heydər Əsədovun yarıtmaz kənd təsərüfatı siyasətidir:
"Kənd təsərüfatı naziri bu sahəyə yad adamdır. Onun ixtisası müəllimdir. Bu gün Azərbaycan məhsullarının hamısı küncə sıxışdırılıb. Sahibkarlar əllərində olan südü çölə tökürlər, bazara çıxara bilmirlər. Çünki bazarlarda məmur oliqarxların məhsulları satılır. Özləri təbii məhsullarla qidalanır xalqa isə çöl heyvanlarının əridilmiş yağını satırlar. Bu gün Azərbaycana xaricdən ərzaq məhsulu gətirən heç bir məmur ondan özü istifadə etmir. Onlar ölkəyə tonlarla qida vasitələri gətirsələr də onun heç dadını bilmirlər. Avropada tullantı hesab oluna biləcək bir çox şeyləri gətirib xalqa sırıyırlar. İranda heyvanlara verilən kartofu oradan 10 qəpiyə alıb gətirib burada xalqa 80 qəpiyə satırlar.
"Şaiyə yayırlar ki, Ziya Məmmədov prezident olacaq"

Gədəbəy, Tovuz, Cəllabad kartofları isə bazarlardan yox olub. Sahibkarın məhsulu əlində qalır. Əkdiyi məhsulu bazara çıxara bilmir. Mən hər zaman dövlət məmurlarına sözümü açıq demişəm. Onlar nə qədər ki, mənim qardaşım İlham Əliyevi aldadacaq, mən susmayacam. Məmurlar xalqı incidir insanlar da məcbur olub Avropa qurumlarına müraciət edir.
Bu məmurların hamısı, başda Heydər Əsədov olmaqla istefaya getməlidir. Əsədovun ən çox güvəndiyi şəxslərdən biri də qudası Ziya Məmmədovdur. Bunlar hamısı vətənə xəyanət edirlər. Ölkədə şayiə yayıblar ki, ABŞ da Tramp prezident seçiləcək. O, prezident olduqdan sonra isə Ziya Məmədov Azərbaycanın prezidenti olacaq. Çünki Trampla Ziya Məmmədovun oğlu Anar Məmmədovun yaxın əlaqələri var. Bundan böyük xəyanət ola bilərmi? Mən düşünürəm ki, bu insanlar həbs edilməli, pullarına, villalarına həbs qoyulmalıdır.”(moderator.az)