Hafiz Hacıyev avtoşluq etdiyi üçün saxlanılan "qızı"ndan DANIŞDI: "Mənim..."

"Mənim o adda qızım yoxdur. Yayılan məlumat da yalandır".
Bu sözləri Publika.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qızına məxsus avtomobil cərimə meydançasına aparılması ilə bağlı xəbərə münasibət bildirərkən deyib.
H.Hacıyev deyib ki, qızları hazırda ölkədə deyil:
“Qızlarımın ikisi də dövlət qulluqçusudur və hazırda xaricdə ezamiyyətdədir. Həmin xanımla da qohumluğum yoxdur. Azərbaycanda bir Hafiz Hacıyev yoxdur ki. O qədər bu adda, soyadda adam var ki. Görünür jurnalistlərimiz yazmağa mövzu axtarırlar. Ona görə də belə məsələni ortaya atıblar. Yəqin Hafiz Hacıyev adına nəsə qoşmaq istəyiblər, o da alınmayıb. Belə məsələlərdən də narahat olmuram”.
Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, H.Hacıyevin qızı Fidan Hafiz qızı Hacıyevanın gecə saatlarında idarə etdiyi qara rəngli “Hyundai İX-35” markalı avtomobillə restoranlardan birindən çıxıb. O, “Azneft” dairəsində Dəniz vağzalı istiqamətində hərəkətdə olarkən “Toyota Avalon” və “Niva” markalı avtomobilərlə ötüşməyə başlayıb. Yol-patrul xidmətinin əməkdaşlarına avtomobilləri saxlamaq göstərişi verilib. Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin naryadı ötüşən avtomobilləri saxlayıb. Hər üç maşın cərimə meydançasına yerləşdirilib.
Gülxar

Загрузка...
Загрузка...