​Hadisənin Bakı konsertindən qazanacağı FANTASTİK MƏBLƏĞ

 
Yeni İl tədbirlərində ən çox qazanan türkiyəli məşhurların siyahısı açıqlanıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bayram konsertlərində ən çox qazanan məşhur hər zaman olduğu kimi bu il də Tarkan olacaq. O, bir neçə saatlıq çıxışı üçün 600 min lirə qazanacaq.
Hadisə Bakı Olimpiya Stadionunda 2 saatlıq çıxış üçün 375 min TL alacaq. Demet Akalın isə Bakı Olimpiya Stadionunda 1 saatlıq çıxışı üçün 250 TL alacaq.
Sibel Can 400 TL (Türkiyə televiziyası)
Hande Yener 200 min TL (İstanbul)
İrem Derici 125 TL (Ankara)
Məlumat üçün bildirək ki, 31 dekabrda Bakı Olimpiya Stadionunda baş tutacaq “Ən Yeni İl” adlı konsert proqramı ilə bağlı mətbuat konfransında stadionun direktoru Cavid Qarayev türkiyəli ulduzların qonorarlarını açıqlamamışdı. O, bunu kommersiya sirri ilə izah etmişdi. C.Qarayev həmçinin Miri Yusif və Röyanın alacağı qonorar ilə türkiyəli ulduzlar arasında fərq qoyulmadığını etiraf etmişdi.

Загрузка...
Загрузка...