Hadisədən qadınlar haqqında HADİSƏ yaradan AÇIQLAMA - FOTO

Müğənni Hadisə qadınlar haqqında verdiyi açıqlaması ilə gündəm yaradıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə dünən Ataşehirdə keçirilən Qardaş Mədəniyyətlərin Festivalında səhnəyə çıxıb. Səhnəyə qırmızı kostyumda çıxan ifaçı tamaşaçılara unudulmaz anlar yaşadıb. O, bildirib ki, yaradıcılığında qadınlara ruh verən, onları daha da gücləndirən mahnılara yer vermək istəyir:
"İfalarımla qadınları güclü göstərməyi üstün tuturam. Aldatıldım, tək-tənha qaldım kimi sözləri olan mahnılara yer vermirəm. O, incidilən qadın mən deyiləm, belə halları arxda qoymağı üstün tuturam".
Aytən

Загрузка...
Загрузка...