Hacıqabulda avtomobil aşıb, 2 nəfər xəsarət alıb

Hacıqabul rayonunda avtomobil qəzası baş verib.
 APA-nın məlumatına görə, saat 16.00 radələrində Bakı-Qazax yolunun 136-cı kilometrliyində, Muğan kəndi ərazisində Bərdə rayon Alaçadırlı kənd sakini, 1952-ci il təvəllüdlü Quliyev Lazım Məmmədqulu oğlu idarə etdiyi “Niva” markalı avtomobili beton səddə çırpıb və avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və sərnişin - sürücünün həyat yoldaşı, 1952-ci il təvəllüdlü Bağırova Roza İslam qızı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
 Faktla bağlı BDYPİ-də araşdırma aparılır.