Hacıbala Abutalıbov haradadır? - təfsilat

Bakı merinin xeyli əvvəl düçar olduğu revmatizma xəstəliyindən əziyyət çəkdiyi bildirilir
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun bir aralar mütəmadi olaraq şəhərin küçələrində, mətbuatda üzünü görüb, səsini eşitmək mümkün idi. Amma son günlər şəhər merini görmək və eşitmək müşkülə çevrilib.
Politika.Az xəbər verir ki, 70 yaşlı paytax merinin son dönəmlər diqqəti çəkməməsinə səbəb onun səhhətində yaranmış problemdir. Bəzi iddialara görə, Abutalıbovun səhhətindəki problem xeyli əvvəldən əziyyət çəkdiyi xəstəliyi ilə bağlıdır. Onun ağır formada revmatizma xəstəliyindən əziyyət çəkdiyi deyilir.
Məlumatlarda o da vurğulanır ki, artıq 1 aya yaxındır işə çıxmayan Bakı meri, yalnız mühüm dövlət tədbirlərinə qatılmaqla kifayətlənir. Bundan başqa, ona edilən telefon zənglərinə də cavab vermir.
Politika.Az bidirir ki, şəhər meriyasının rəhbərinə ünvanlanmış şikayət və məktublar da cavabsız qalmaqdadır. Əvvəllər işə çıxarkən bu şikayət və məktublara bu və ya digər formada ya reaksiya verər, ya da cavab göndərərdi. Lakin işə çıxmaması səbəbindən Bakı Şəhər İcra Hakimiyyətinin ərizə və şikayətlər şöbəsi də gələn məktubları bir kənara ataraq, baxılmamış saxlayıb.
Onu da qeyd edək ki, son günlər Hacıbala Abutalıbovun işə çıxmamasının səbəbi kimi, artıq işdən çıxarılacağı ilə bağlıdır. İddia edilir ki, Bakı merinin yerinə artıq adam da tapılıb və o, bundan xəbərdar olduğu üçün kənara çəkilib.
Məsələ ilə əlaqədar Hacıbala müəllimin də mövqeyini öyrənməyə hazırıq.