Hacı Nazim Röyadan danışdı: “Söz-söhbətsiz dostluq olmur”

Baxış sayı: 
139

Müğənni: “Yazırlar ki, Həccə getməyin əvəzinə kasıblara əl tut”
Bəstəkar-müğənni Hacı Nazim dəfələrlə Həcc ziyarətinə getdiyi üçün onu qınayanlara cavab verib.
Musavat.com xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran sənətçi onu tənqid edənlərə Həcc ziyarətinə getməyi arzulayıb: “Həmişə ziyarətə tək getmişəm. Bu dəfə Umrəyə ailəmlə getmək istəyirəm. Həccə getmək müsəlmanın borcudur. Sosial şəbəkələrdə mənə yazırlar ki, Həccə getdiyinə kasıblara əl tut. Bu fikirləri doğru hesab etmirəm. Onlara həyatlarında bir dəfə də olsa, Həcci ziyarəti etməyi arzulayıram. Həccə hər adam gedə bilməz, müqəddəs torpaqları ancaq Allahın dəvət etdikləri ziyarət edə bilər.  2006-cı ildə viza alsam da, getmək mənə qismət olmadı. Allah məni ora dəvət edibsə, buna heç kim mane ola bilməz. Həccə şəxsi maliyyəmiz hesabına getməmişik, dostlarımız  göndərib”.
Müğənni küsülü olduğu həmkarı Röyadan da danışıb: “Mən qalmaqallı məsələləri danışmağı sevmirəm. Oturduğum heç bir masada Röya ilə küsülü olduğumu söyləməmişdim. Bir verilişində sözarası dedim. Söz-söhbətsiz dostluq olmur. O münasibəti efirə çıxardıb, özümüzü biabır etmək lazım deyil. Allah da problemləri öz aramızda həll etməyi buyurub”.

Загрузка...
Загрузка...