Gürcüstandan Ermənistana Qarabağ dəstəyi

Abxaziyadakı Rusiya hərbçiləri
Moskva - İrəvan alyansına Tiflis də qoşulur
 
Noyabrın sonuna qədər Gürcüstan Ermənistanın blokadasında əsas rollardan birini oynayan Abxaziya nəqliyyat dəhlizini aça bilər.
 
İstiPress-in məlumatına görə, bununla da Qarabağ müharibəsində Azərbaycan Ermənistana əsas təzyiq vasitələrindən birini itirə bilər.
 
 
Ermənilər cəbhəni qoyub qaçır - Sarkisyan susur
Gürcüstan hökumətinin bu niyyaəti barədə baş nazir Georgi Kvirikaşvilinin xüsusi təmsilçisi Zurab Abaşidze Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində bildirib. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşdən sonra Zurab Abaşidze ümid etdiyini bildirib ki, “artıq noyabr ayında keçirilən görüşün gedişində tərəflər İsveçrənin SGS şirkəti ilə müvafiq sazişlər imzalayacaqlar”.
 
Məsələ bundadır ki, hələ fevral ayında Zurab Abaşidze və Qriqori Karasin arasında əldə edilən anlaşmaya görə, SGS şirkəti Rusiya ilə Gürcüstaan arasında olan mövcud nəqliyyat dəhlizlərində yüklərin hərəkətini izləyəcək. Həmin dəhlizlərin biri Soçidə başlayır və Abxaziyadan keçərək Zuquqdidi şəhərində başa çatır.
 
Yəni söhbət Ermənistanla Rusiya arasında dəmir yolu əlaqəsinin bərpasından gedir. Abxaziyada müharibə başladıqdan sonra bu yolda hərəkət dayanmışdı və Ermənistanın ətraf dünyadan tam təcridi təmin edilmişdi. Gürcüstan Rusiyanın Abxaziyanı işğaldan azad etməyəcəyinə qədər bu yolun açılmayacağını bildirirdi. Amma belə görünür ki, Gürcüstanın indiki rəhbərləri öz ölkələrinin ərazi bütövlüyünü arxa plana keçirirlər  və Abxaziya ilə dəmir yolu əlaqələrini bərpa etməyə  qərar veriblər.
 
Gürcüstanın işğal edilmiş əraziləri - Abxaziya (yaşıl) və Cənubi Osetiya (narıncı)
Gürcüstanın işğal edilmiş əraziləri - Abxaziya (yaşıl) və Cənubi Osetiya (narıncı)
Gürcüstan mətbuatı iddia edir ki, Abxaziya dəhlizinin açılmasında Azərbaycanın da razılığı alınıb, guya Azərbaycan tələb edib ki, yalnız dəhlizlə hərbi yüklər daşınmasın.
 
 
Politoloq Qabil Hüseynli İstiPress-ə müsahibəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi bir şəraitdə rəsmi Bakının buna razılaşacağı inandırıcı deyil:
 
“Bu dəmir yolu Ermənistan üçün həyat qapısıdır. Bu, Ermənimstandan Rusiyaya ixracı artıracaq, həm də Rusiyadan Ermənistana idxal edilən malların qiymətini aşağı salacaq. Bu, Ermənistanda həyat şəratini xeyli yüksəldəcək, miqrasiyanı aşağı salacaq”.
 
Lakin politoloqun sözlərinə görə, bu məsələdə Azərbaycana yeganə dəstək verən ölkə Türkiyədir: “İran da, Gürcüstan da lazım olanda Ermənistanı zəruri mallarla təmin edərək, bu ölkəni blokadadan çıxarıblar. Gürcüstana bu məsələdə təzyiq etmək çətindir, çünki daxili məsələdir”,- deyə Qabil Hüseynli vurğulayıb.
 
Nə isə, siyasətdə hər cür gözlənilməzlik ola bilər - əgər doğrudan da, Gürcüstan Abxaziyadan imtina edib dəmir yolunu açarsa, Azərbaycanın Ermənistana təsir göstərmək üçün yalnız bir yol qalır - hərbi yol. Azərbaycan ordusu ən azından Dağlıq Qarabağ ətrafındakı rayonları işğalçılardan təmizləməlidir ki, Ermənistan münaqişənin dinc yolla həllinə razılıq versin. Azərbaycan diplomatisyası  Qarabağ münaqişəsinin həlli ilə məşğul olan üç supergücü - Rusiyanı, Fransanı və ABŞ-ı bunun bütün tərəflər, hətta Ermənistan üçün ən optimal variant olduğuna inandırmalıdır. Bu məsələdə uduzan yalnız müharibəni bəhanə edərək Ermənistanda hakimiyyəti ələ keçirmiş və ölkəni xaraba qoymuş Qarabağ klanı olacaq.
 
Çingiz Rüstəmov / İstiPress

Загрузка...
Загрузка...