​Gürcüstandakı seçkilərdə azərbaycanlılar sıxışdırılır - Əraziyə qüvvə yeridildi

 
 
Bu gün Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər keçirilir.
 
Keçirilən seçkilərində qanunsuzluq müşahidə olunub.
 
Moderator.az xəbər verir ki, seçkinin başlayan dəqiqələrdən mediada və müxalifət nümayəndələrinin açıqlamalarında seçkinin gedişatında ciddi qanun pozuntularının olduğu qeyd olunur.
 
Xüsusən də bu qayda pozuntuları regionlarda azsaylı xalqların yaşadığı ərazilərdə rast gəlinir. Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda da qanun pozuntularına yol verilməsi narahatlıq doğurur. Yerli sakinlərin bildirdiyinə görə, iqtidar həyata keçirdiyi saxtakarlığa qarşı camaatın ayağa qalxacağından ehtiyatlanaraq əraziyə xüsusi təyinatlı polis dəstəsi yerləşdirib.
 
Daha bir qanun pozuntusu barədə jurnalist Ceyhun Məhəmmədəli sosial şəbəkədə paylaşım edərkən deyib. Onun sözlərinə görə, Gürcüstanda keçirilən seçkilərdə naməlum şəxslər seçiciləri qanunsuz olaraq siyahıya alır:
 
“Gürcüstanda hər seçki məntəqəsinin qarşısında əllərində siyahı tutan naməlum şəxslər var. Onlar seçiciləri siyahıya alır. Jurnalistlər yaxınlaşdıqda isə uşaq kimi qaçır. Bəziləri isə utanmadan hakim partiyanın aktivistləri olduğunu deyir”.
 
Buna baxmayaraq hakimiyyət dairələri seçki prosesinin dincşəkildə davam etdiyini, seçici fəallığının orta səviyədə olduğunu qeyd edir.
 
Qeyd edək ki, Gürcüstanda səhər saat 8-dən etibarən yerli idarəetmə orqanlarına seçkilərlə bağlı 3 644 seçki məntəqəsində səsvermə başlayıb. Seçicilər 64 bələdiyyəyə (sakrebulo) 2058 üzv və 64 icra başçısı seçəcəklər. Rayon icra başçıları vəzifəsinə 369 namizəd, Tbilisi meri vəzifəsinə isə 13 namizəd mübarizə aparır.
 
Seçkilərdə 22 siyasi partiya, 5 seçki bloku və bir təşəbbüs qrupu, dairə seçki komissiyaları üzrə isə 200 təşəbbüs qrupu iştirak edir.
 
Seçkiləri 54 389 seçki subyektlərinin nümayəndələri, 20 641 yerli və 581 beynəlxalq müşahidəçi izləyir. Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti də seçki prosesini müşahidə edir.
 
Seçki prosesini 4 mindən çox jurnalist işıqlandırır.

Загрузка...
Загрузка...