Gürcüstanda seçkilərin ilk nəticəsi - Mişa uduzur

 
Oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seçkiləri ilə əlaqədar təşkil olunan eksit-pollun nəticələri açıqlanıb.
 
Axar.az xəbər verir ki, Gürcüstanın OBQ, GDS, İmedi və Maestro televiziya şirkətlərinin sifarişi əsasında TNS şirkətinin keçirdiyi eksit-pollun nəticələrinə görə, hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyası 53,8 faiz, müxalifətdən olan Vahid Milli Hərəkat Partiyası isə 19 faiz səs qazanıb. Bu nəticələrə əsasən yalnız bu iki partiya parlamentdə mandat əldə edə bilib.
 
Beynəlxalq GFK şirkətinin keçirdiyi eksit-pollun nəticələri isə bir qədər fərqlidir. Şirkətin yekun hesabatına görə, Gürcü Arzusu səslərin 39,9 faizini, Vahid Milli Hərəkat Partiyası isə 32,74 faizini toplayıb. "Vətənpərvərlər Alyansı” 5,76 faiz, Leyboristlər Partiyası 4,21 faiz, İrakli Alasaniyanın Azad Demokratlar Partiyası isə 3,21 faiz səs toplayıb.
 
Eksit-poll 220 məntəqədə 10 min seçici arasında keçirilib.