Gürcüstan Parlamentindən ermənilərə sərt cavab

Gürcüstan Parlamentində əsas çoxluğun lideri Zviad Kvaçantaridze qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı erməni deputatın çağırışına sərt cavab verib.
"Report"un məlumatına görə, Zviad Kvaçantaridze deyib ki, heç kim bədxah qonşu adını qazandıracaq təxribatçı çağırışlara uymamalıdır.
“Bu günlərdə Qafqazda dərin və yatmış bir münaqişənin yenidən alovlanmasına cəhd oldu. Xoşbəxtlikdən beynəlxalq səylər nəticəsində münaqişənin bunun qarşısı alınıb. Biz unutmamalıyıq ki, ətrafımızdakı bəzi qüvvələr Qafqazda daim münaqişələrin yaranmasında maraqlıdırlar və onlar istəyir ki, Cənubi Qafqazın bütün ölkələri bu münaqişəyə cəlb olunsunlar. Mən bir daha bəyan edirəm ki, heç kim bədxah qonşu olmamağımız üçün təxribata uymamamalıdır” - deyə o bildirib.
Qeyd edək ki, Gürcüstan Parlamentinin bu gün keçirilən iclasında Axalkalkidən olan erməni deputat Samvel Petrosyan qondarma “erməni soyqırımı”nın tanınmasını təklif edib. Bəzi deputatların sərt cavabından sonra Petrosyanın təklifi müzakirədən çıxarılıb.
Parlamentdəki çoxluğun lideri Z.Kvaçantaridzenin cavabı bir daha göstərir ki, Gürcüstan Parlamenti yalançı erməni iddialarını müzakirə etmək fikrində deyil.