Gürcüstan: “NATO-ya girməyəcəyik”

Varşava sammiti zamanı NATO üzv qəbul ediləcəyimizi gözləmirik.
Turaninfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Müdafiə naziri Tinatin Xidaşeli söyləyib. Onun sözlərinə görə, Gürcüstan artıq dünyaya real baxmalıdır:
 “Dünya yalnız Gürcüstanın ətrafında fırlanmır. Onun qarşısında çoxlu çağırışlar var. Gürcüstan Varşava sammitində NATO-ya üzv olacağını gözləmir. Bizim üzvlüyümüz 28 üzv ölkənin konsensusundan asılıdır. Hazırda bu yoxdur”.
 Qeyd edək ki, Varşava sammiti bu ilin iyulunda keçiriləcək.